02.11.2026 - 11:14
Pensiya alanların diqqətinə: Gələn il artımlar necə hesablanacaq
İqtisadiyyat 222 baxış

Pensiya alanların diqqətinə: Gələn il artımlar necə hesablanacaq

BAKU.WS-in məlumatına görə, pensiyaların 2027-ci ildə artırılması orta aylıq əməkhaqqının illik artım tempinə uyğun müəyyən ediləcək. Bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc açıqlama verib.

Vüqar Orucun sözlərinə görə, mövcud iqtisadi göstəricilər və proqnozlar əsasında pensiya artımının 8-10 faiz aralığında olacağı gözlənilir. O, indeksləşdirmə zamanı pensiya məbləğindən asılı olaraq fərqli əmsalların tətbiq edilə biləcəyini vurğulayıb. Bu halda, nisbətən yüksək pensiya alan şəxslərin artım faizi daha aşağı ola bilər.

Məsələn, pensiyanın müəyyən həddən artıq olan hissəsinə 0,5 və ya 0,2 əmsalının tətbiqi mümkündür. Əgər indeksləşdirmə 10 faiz təşkil edərsə, hazırda 500 manat pensiya alan şəxsin aylıq ödənişi 50 manat artaraq 550 manata çatacaq. 700 manat pensiya alan şəxsin artımı isə təxminən 49 manat olacaq və onun pensiyası 749 manata yüksələcək.

Pensiyanın məbləği artdıqca, tətbiq olunan hesablama mexanizmindən asılı olaraq artımın faiz göstəricisi də nisbətən aşağı düşə bilər. Mövcud qaydalara və gözləntilərə əsasən, pensiyaların indeksləşdirilərək artırılması 2027-ci ilin əvvəlində həyata keçirilməsi planlaşdırılır. Konkret artım faizi isə ilin yekun göstəriciləri məlum olduqdan sonra dəqiqləşəcək.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: