02.11.2026 - 11:34
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib
Ölkə 141 baxış

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

Baku.ws-ın məlumatına görə, “Azərbaycan Dəmir Yolları” QSC (ADY) Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə sərnişin tələbatını qarşılamaq məqsədilə 7-10 noyabr tarixlərində Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçirəcək.

ADY-dən verilən məlumata əsasən, bu dövrlərdə ənənəvi qrafiklə Bakı–Qazax–Bakı marşrutu üzrə də gündəlik səfərlər təşkil ediləcək.

Qeyd olunan günlərdə qatar Bakıdan Ağstafaya saat 09:20-də yola düşəcək, əks istiqamətdə isə saat 17:15-də hərəkət edəcək.

Biletləri “Azərbaycan Dəmir Yolları”nın rəsmi internet saytı, “ADY Mobile” tətbiqi və ya dəmiryol kassalarından əldə etmək mümkündür.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: