01.11.2026 - 14:34
Türkiyədə fond qalmaqalı: "Dünya" qəzetinin sahibi saxlanıldı
İqtisadiyyat 168 baxış

Türkiyədə fond qalmaqalı: "Dünya" qəzetinin sahibi saxlanıldı

Türkiyədə kapital bazarlarında həyata keçirilən əməliyyatlar çərçivəsində genişmiqyaslı fond araşdırması aparılır. Bu araşdırma nəticəsində “Dünya” qəzetinin sahibi Umut Güner saxlanılıb.

Oxu.az-ın məlumatına görə, İstanbul prokurorluğunun apardığı istintaq çərçivəsində Umut Günerin saxlanılması, “Dünya Holding” ilə “Bulls Yatırım Holding” arasında mövcud olan tərəfdaşlıq münasibətləri ilə əlaqələndirilir.

Araşdırmada iki holdinq arasındakı kapital əlaqələri diqqət mərkəzindədir. Bildirilir ki, “Bulls Yatırım Holding”in “Dünya Holding”də 20.45 faiz payı mövcuddur.

Əvvəllər Türkiyə Kapital Bazarları Şurasının “Bulls Portföy”ün idarəçiliyində olan 15 fondun ləğvinə dair qərar verməsi də diqqət çəkmişdi. Bu hadisələrdən sonra iki holdinq arasındakı tərəfdaşlıq əlaqələrinin istintaq çərçivəsində araşdırıldığı iddia olunur.

İqtisadiyyat sahəsində uzun müddətdir fəaliyyət göstərən “Dünya” qəzeti, 2024-cü ildə Umut Güner tərəfindən satın alınmışdı.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: