Ermənistanın 2027-ci il büdcəsində ən böyük pay pensiya təminatına ayrılıb
2027-ci il üçün Ermənistanın dövlət büdcəsi layihəsində pensiya təminatı ən böyük xərc sahəsi kimi nəzərdə tutulub. Publika.az-ın məlumatına görə, bu sahəyə təxminən 674 milyard dram (təxminən 3,174 milyard manat) ayrılması planlaşdırılır.
Müdafiə sahəsinə gəlincə, Ermənistanın büdcəsində bu sahəyə 613,8 milyard dram (təxminən 2,800 milyard manat) ayrılacaq. Beləliklə, pensiya təminatı müdafiə xərclərindən təxminən 60 milyard dram (təxminən 280 milyon manat) çox olacaq.
Büdcə layihəsinə əsasən, Müdafiə Nazirliyinin ümumi büdcəsi 616,5 milyard dram təşkil edəcək ki, bunun böyük hissəsi “Ermənistan Respublikası Silahlı Qüvvələrinin Strateji Yerləşdirilməsinin və Dövlət Sərhədlərinin Xarici Düşməndən Mühafizəsinin Təmin Edilməsi üçün Döyüş Hazırlığının Saxlanılması” proqramına ayrılacaq.
Bundan əlavə, Müdafiə Nazirliyinin büdcəsindən hərbi tibbi yardım və tibbi xidmətlər üçün də 1 milyard dramdan çox vəsait nəzərdə tutulub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məşhəddə yanvar etirazçılarına ölüm hökmü verildi
Tramp İranla bağlı nüvə hücumu əmri verə bilər
Yaponiya müdafiə büdcəsini 500 milyard dollara çatdıracaq
İsrail qüvvələri Hebrondan geri çəkildi: Fələstin nəzarəti bərpa etdi
İranda COVID-19-a yoluxma artır, ölüm halları qeydə alınır
Yəmən hökuməti Husi nəzarətindəki bölgələrə yeni qubernatorlar təyin etdi
Rəcəb Tayyib Ərdoğan Cənubi Koreyaya səfər edəcək