31.10.2026 - 10:34
İqtisadiyyat
171 baxış
5,03 trilyonluq zirvə: “Apple” yenidən birincidir
“Apple” şirkəti bazar kapitallaşması baxımından yenidən dünyanın ən dəyərli şirkəti statusunu ələ alıb.
Publika.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb. Agentliyin məlumatına əsasən, oktyabrın 30-da “Apple”ın bazar kapitallaşması 5,03 trilyon dollara çatıb. Bununla da şirkət 4,93 trilyon dollarlıq kapitallaşmaya malik “Nvidia”nı geridə qoyub.
“Bloomberg” bu dəyişikliyi investorların süni intellekt sahəsinə yatırımlarla bağlı narahatlıqları və “Apple” səhmlərinin daha təhlükəsiz investisiya vasitəsi kimi qəbul edilməsi ilə əlaqələndirir.
Xatırladaq ki, “Apple” iyulun sonunda “Nvidia”nı geridə qoyaraq dünyanın ən dəyərli şirkəti olmuşdu.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Avropa İttifaqı 42.6 milyon barrel neft ehtiyatını tezləşdirəcək
30.10.2026 - 14:24
12 ölkə neft ehtiyatlarını dövriyyəyə buraxır
30.10.2026 - 13:04
Yeni Suraxanı-Hövsan dəmir yolu xəttinin bərpası sürətləndirilib
30.10.2026 - 12:54
Azad edilmiş ərazilərdə 230 hektar sahədə sənaye istixanası qurulacaq
30.10.2026 - 12:34
Yeni qərar avtomobillərin qiymətində ciddi dəyişikliklərə səbəb olacaq
29.10.2026 - 14:14
Volkswagen Çin rəqabətinə görə €5.8 milyard zərər açıqladı
29.10.2026 - 11:44
Firuzə İbadovanın qızından sərt reaksiya: Artıq yazıb bizi yaralamayın
28.10.2026 - 17:14