02.11.2026 - 11:24
BŞTİ müəllimlər üçün işə qəbul elan etdi
Lent 151 baxış

BŞTİ müəllimlər üçün işə qəbul elan etdi

Baku.ws-ın məlumatına görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) şəhərin ümumi təhsil müəssisələrində vakant və sosial məzuniyyətlə əlaqədar yaranmış müvəqqəti vakant yerlərə kadr təminatının həyata keçirilməsi üçün müəllimlərin işə qəbulunu elan edib.

İdarədən bildirilib ki, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, ingilis dili və ibtidai sinif fənləri üzrə müraciətlər qəbul olunur. Bu fənlər üzrə Azərbaycan bölməsi üçün müraciətlər açıqdır.

Cari ildə keçirilmiş müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsində iştirak edərək, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və ingilis dili fənləri üzrə 70 faizdən, ibtidai sinif üzrə isə 80 faizdən yüksək nəticə göstərmiş namizədlər müraciət edə bilərlər.

Namizədlər şəxsiyyət vəsiqəsi və müvafiq ixtisas üzrə diplom təqdim etməlidirlər. Tələblərə cavab verənlər 2 noyabr 2026-cı ildən etibarən saat 11:00-dan 17:00-dək BŞTİ-yə müraciət edə bilərlər.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: