Rusiyalı zənginlər 28 milyard dollardan çox itirdi
Publika.az-ın məlumatına görə, Bloomberg Billionaires Index-in oktyabr ayının sonuna dair hesabatı Rusiyanın ən varlı iş adamlarının sərvətində ciddi azalmaların olduğunu göstərib. 2023-cü ilin əvvəlindən bəri bu azalma 28 milyard dollardan çox olub.
Reytinqə əsasən, ən böyük maliyyə itkisiylə üzləşən şəxs Vladimir Potanindir. Onun sərvəti 8,1 milyard dollar dəyərində azalıb. Potanindən sonra isə “Onexim” özəl investisiya fondunun təsisçisi Mixail Proxorov gəlir. O, 4,86 milyard dollar itirib. Üçüncü sırada isə 3,8 milyard dollar itki ilə Mixail Fridman qərarlaşıb.
Sərvətində azalma yaşayan digər tanınmış simalar arasında “Telegram”un həmtəsisçisi Pavel Durov da var. Bundan əlavə, NLMK Direktorlar Şurasının sədri Vladimir Lisin və NOVATEK-in həmtəsisçisi Leonid Mixelson da bu siyahıya daxildir.
ƏLAQƏLİ
Yanacaqla işləyən avtomobillər hansı tarixdə istismardan çıxarılacaq?
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yanacaqla işləyən avtomobillər hansı tarixdə istismardan çıxarılacaq?
5,03 trilyonluq zirvə: “Apple” yenidən birincidir
Avropa İttifaqı 42.6 milyon barrel neft ehtiyatını tezləşdirəcək
12 ölkə neft ehtiyatlarını dövriyyəyə buraxır
Yeni Suraxanı-Hövsan dəmir yolu xəttinin bərpası sürətləndirilib
Azad edilmiş ərazilərdə 230 hektar sahədə sənaye istixanası qurulacaq