31.10.2026 - 15:54
Yanacaqla işləyən avtomobillər hansı tarixdə istismardan çıxarılacaq?
İqtisadiyyat 181 baxış

Yanacaqla işləyən avtomobillər hansı tarixdə istismardan çıxarılacaq?

Nazirlər Kabinetinin təsdiqlədiyi “Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası” çərçivəsində 2035-ci ilədək daxiliyanma mühərrikli minik avtomobillərinin mərhələli şəkildə istismardan çıxarılması planlaşdırılır. Baku.ws-ın məlumatına görə, strategiyada elektromobillərin payının artırılması və yük maşınlarının dəmir yolu nəqliyyatına keçirilməsi kimi tədbirlər də yer alır.

Baku TV-yə danışan nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov, avtomobil parkının strukturunu qısa müddətdə tamamilə dəyişməyin çətin olduğunu, lakin uzunmüddətli perspektivdə bunun mümkünlüyünü vurğulayıb.

İqtisadçı Xalid Kərimli isə bu tədbirlərin 2035-ci ilədək həyata keçirilməsinin böyük investisiya tələb edəcəyini düşünür. Onun sözlərinə görə, avtomobillər köhnəldikcə və vətəndaşlar yeni nəqliyyat vasitələri aldıqca hibrid və elektrik mühərrikli modellərə üstünlük veriləcək. Dövlət təşviqləri bu prosesin sürətlənməsində mühüm rol oynaya bilər.

İqtisadçı, elektromobillərə güzəştlərin tətbiqini, daxiliyanma mühərrikli avtomobillərə əlavə rüsumların müəyyənləşdirilməsini və köhnə avtomobillərin utilizasiyasını vacib addımlar kimi qiymətləndirir. O, həmçinin enerji doldurma infrastrukturunun inkişafının əhəmiyyətini vurğulayır.

Xalid Kərimli Azərbaycanda elektrik enerjisi istehsalında bərpaolunan enerjinin payının artdığını və bu göstəricinin 2030-cu ildə 30 faizə çatmasının gözlənildiyini qeyd edir. Bu, “Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası”nın hədəflərinə uyğun gəlir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: