Netanyahunu devirmək üçün plan: Ərəb partiyaları müxalifətlə birləşir
İsraildə müxalifət, Baş nazir Benyamin Netanyahunu hakimiyyətdən uzaqlaşdırmaq məqsədilə parlamentin idarəçiliyini ələ keçirməyə hazırlaşır. Publika.az-ın məlumatına görə, bu barədə İsrailin “Walla” saytı məlumat yayıb.
Seçkilərdən sonra İsraildə heç bir siyasi blok hökumət qurmaq üçün tələb olunan 61 mandatlıq çoxluğu əldə edə bilməyib. Netanyahunun rəhbərlik etdiyi blok 120 yerlik parlamentdə 53 mandat, keçmiş Baş Qərargah rəisi Qadi Ayzenkotun rəhbərlik etdiyi müxalifət bloku isə 48 mandat qazanıb. Ərəb partiyaları isə 19 mandat əldə edərək tarixlərində ən yüksək nəticəyə imza atıblar.
Bu nəticələr ərəb partiyalarını hökumətin formalaşdırılması prosesində həlledici mövqeyə gətirib. Müxalifət, ilk növbədə İsrail Knessetinin sədri Amir Ohananın vəzifəsindən uzaqlaşdırılması və parlament üzərində nəzarətin ələ keçirilməsini planlaşdırır.
Müzakirə olunan əsas təşəbbüslərdən biri “Təqsirləndirilən şəxs haqqında qanun” adlandırılan layihədir. Bu dəyişiklik, barəsində cinayət işi açılmış şəxslərin məhkumluq hökmü olmasa belə, hökumət qurmasının qarşısını almağı nəzərdə tutur. Əgər qəbul edilərsə, Netanyahu bu qanundan birbaşa təsirlənə bilər.
Müxalifət, həmçinin bəzi məhkəmə-hüquq dəyişikliklərini ləğv etməyi və 7 oktyabr 2023-cü il hadisələri ilə bağlı rəsmi araşdırma komissiyasının yaradılmasını planlaşdırır. “Birləşmiş Siyahı” partiyasının liderlərindən Əhməd Tiybi də parlament sədrinin dəyişdirilməsi məsələsində müxalifəti dəstəkləyəcəklərini açıqlayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Donald Trampın WSJ-yə qarşı iddiası yenidən rədd edildi
Türkiyədə “Yüz vilayət, 1000 rayon” layihəsi reallaşacaq?
Netanyahunun oğlu İsraildəki ərəb partilərini tənqid etdi
Gürcüstan və Azərbaycan sərhədin delimitasiyasını sürətləndirmək istəyir
Ərdoğan: Türk dünyasının ailə fotoşəkilində ayrılığa yer yoxdur
Paşinyan istefa üçün şərtini açıqladı
Mahmud Abbasın Yunan Kiprinə səfəri: siyasi əlaqələrdə yeni dönüş