Maliyyə böhranı yaşayan məşhur klub futbolçulara üz tutdu: biri də razılaşmadı
“Marsel” futbol klubu hazırda ciddi maliyyə çətinlikləri ilə üzləşir və bu səbəbdən xərcləri azaltmağın yollarını axtarır. Publika.az-ın məlumatına görə, klub rəhbərliyi oyunçulara maaşlarının azaldılması təklifini irəli sürüb, lakin heç bir futbolçu bu addıma razılıq verməyib.
Klub, yay aylarında əmək haqlarını 30 faiz azaltmasına baxmayaraq, hələ də maliyyə vəziyyətini stabilləşdirmək üçün yeni yollar axtarır. Məlumdur ki, “Marsel” son transfer pəncərəsində heç bir yeni futbolçu almayıb və Qrinvud, Obameyanq kimi oyunçularla yollarını ayırıb.
DNCG tələblərinə əsasən, “Marsel”in əmək haqqı limiti təxminən 100 milyon avro olmalıdır. Lakin hal-hazırda bu rəqəm 120 milyon avro ətrafındadır. Klubun maliyyə göstəricilərini düzəltmək üçün 2027-ci ilin yayına qədər transferlərdən təxminən 80 milyon avro gəlir əldə etməsi zəruridir.
Hazırda Liqa 1-də “Marsel” 12 xal toplayaraq 9-cu yerdə qərarlaşıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Laminin atası: mən Yamal deyiləm!
Joze Mourinyo Vinisius Juniora dəstək ifadə etdi
Bu gün Astanada 4 güləşçimiz xalça üzərinə çıxacaq
Arsen Venger: hamı bakıdakı turnirə vurulub
Liverpool və Arsenal arasındakı qarşılaşma: Premyer Liqada gərgin duel
"Barsa"da gərginlik: əsas heyətə düşə bilmir
Ouen: İspaniyada olanda məni buna görə qəhrəman adlandırdılar