01.11.2026 - 17:54
Laminin atası: mən Yamal deyiləm!
İdman 187 baxış

Laminin atası: mən Yamal deyiləm!

“Barselona”nın gənc ulduzu Lamin Yamalın atası Munir Nəsraui, oğlunun və özünün adının düzgün istifadə edilməsinə dair açıqlama verib. Publika.az xəbər verir ki, Munir Nəsraui bu barədə “Barca Universal”a danışıb.

Munir Nəsraui bildirib ki, “Mənə Yamal deməyi dayandırın. Mən Yamal deyiləm! Yamal soyad deyil. Onun soyadı Nəsraui Ebana, adı isə Lamin Yamaldır”.

Lamin Yamal, La Liqada “Barselona” və “Alaves” arasında keçirilən matçda iki dəfə qol vuraraq və bir məhsuldar ötürmə edərək komandasına 6-1 hesablı qələbə qazandırıb. Bu performansı ilə gənc oyunçu diqqət mərkəzinə düşüb.

Oyunçunun atası, oğlunun adının düzgün tələffüz edilməsinin vacibliyini vurğulayaraq, bu məsələdə həssas olduqlarını qeyd edib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: