"İnci" körpələr evində azyaşlıya şiddət iddiası: Polis hərəkətə keçdi
Baku.ws-ın məlumatına görə, “İnci” körpələr evi-uşaq bağçasında azyaşlının tərbiyəçi tərəfindən döyülməsi iddiası ilə bağlı araşdırma aparılır. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Cəsarət Qənbərli açıqlama verib.
Xəzər rayonunda yerləşən bu tədris mərkəzində baş verən hadisə ilə əlaqədar vətəndaşın ərazi polis orqanına müraciəti daxil olub. Müraciətdə azyaşlının tərbiyəçi tərəfindən zorakı hərəkətlərə məruz qaldığı iddia edilir.
Polis tərəfindən həm valideynin, həm də tərbiyəçinin ərizə və izahatları alınıb. Hadisənin təfərrüatlarını müəyyən etmək üçün müvafiq ekspertizalar təyin edilib.
Hazırda məsələ ilə bağlı təhqiqat araşdırması davam etdirilir və nəticələr ictimaiyyətə açıqlanacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Salyanda dəhşətli qəza: iki nəfər həyatını itirib
Moped və velosiped sürənlərə xəbərdarlıq
Ölümlə nəticələnən qəzaların səbəbləri açıqlandı
Şəkidə məmur bələdiyyə sədrinə hücum etdi
Moskva səmasında PUA təhlükəsi: Bakıya uçan təyyarə havaya qalxa bilmədi
Rusiya ordusu Kiyevin ən güclü istilik elektrik stansiyasını vurdu
Hakkaridə Türkiyə əsgəri həlak oldu