01.11.2026 - 15:54
Türkiyədə “Yüz vilayət, 1000 rayon” layihəsi reallaşacaq?
Siyasət 189 baxış

Türkiyədə “Yüz vilayət, 1000 rayon” layihəsi reallaşacaq?

Türkiyədə vilayətlərin sayının 81-dən 100-ə, inzibati rayonların sayının isə 922-dən 1000-ə çatdırılması planlaşdırılır. Publika.az xəbər verir ki, bu təşəbbüs Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bahçeli tərəfindən irəli sürülüb.

Bahçeli, “Yüz vilayət, 1000 rayon” layihəsinə dair açıqlamasında partiyasının bu istiqamətdə Türkiyə Böyük Millət Məclisinə qanun layihəsi təqdim etməyi planlaşdırdığını bildirib. “Son qərarı parlament verəcək”, – deyə siyasətçi əlavə edib.

O, bu addımın Türkiyənin dövlət idarəetmə sistemini sadələşdirəcəyini qeyd edib. “Ölkəmizin inzibati xəritəsini dəyişdirmək təşəbbüsü “Türkiyə əsri” proqramı çərçivəsində irəliləyişi hədəfləyir”, – deyə Bahçeli vurğulayıb.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: