29.10.2026 - 16:14
Mahmud Abbasın Yunan Kiprinə səfəri: siyasi əlaqələrdə yeni dönüş
Siyasət 157 baxış

Mahmud Abbasın Yunan Kiprinə səfəri: siyasi əlaqələrdə yeni dönüş

Beynəlxalq münasibətlərin tarixi çox vaxt rasional düşüncənin ideoloji korluq üzərindəki qələbələri ilə yadda qalır. Lakin bəzən elə hadisələr baş verir ki, bunlar sadəcə diplomatik addım deyil, illərlə bəslənən utopiyaların çöküş hekayəsinə çevrilir. Mahmud Abbasın 29 Oktyabrda Yunan Kiprinə rəsmi səfəri məhz belə bir dönüş nöqtəsidir.

Minval.info xəbər verir ki, bu səfər adi bir diplomatik görüş deyil. Türkiyədə Fələstin naminə can yandıran və “İslam həmrəyliyi” şüarları ilə hər fürsətdə doğma Azərbaycanı hədəf alan dairələr üçün bu, sərt bir siqnal oldu. Hələ bir neçə ay əvvəl Türkiyədəki bəzi media quruluşları Azərbaycana qarşı kəskin ittihamlar səsləndirirdi. İndi isə həmin ittihamçılar səssizliyə bürünüblər.

Türkiyə islamçılarının illərdir yaratdığı “məzlum və sadiq qardaş” obrazı bu idimi? Fələstin rəhbərliyinin bu gün kiminlə qucaqlaşdığı sual doğurur. Bakını İsraillə münasibətlərinə görə tənqid edənlər indi nə deyə bilər?

İdeoloji utopiyalar real siyasətin sərt divarına çırpılaraq parça-parça olub. Dövlətlər emosiyalarla deyil, rəsmi rəhbərliklərlə danışır. Bu gün Fələstin dövləti, Türkiyənin bayram günündə onun əleyhinə qurulan cəbhədə yer aldı.

Lefkoşadakı görüş, əslində illərdir Azərbaycana qarşı aparılan haqsız kampaniyaların dəfn mərasimidir. Siyasətdə romantizm bitdi, acı reallıq isə ortadadır.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: