“Nar bağı” bədii filmi ABŞ-ın Los Anjeles şəhərində qalib oldu
“Nar bağı” bədii filmi ABŞ-ın Los Anjeles şəhərində keçirilən SEE (South East European Film Festival) film festivalının qalibi oldu!
Film festivalın baş mükafatına – “BEST FEATURE FILM. GRAND JURY PRIZE. Bridging the Borders Award” layiq görüldü. “Azərbaycanfilm” kinostudiyası və “Buta film” kinoşirkətinin birgə istehsalı olan film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilib.
Filmin quruluşçu rejissoru İlqar Nəcəf, ssenari müəllifləri Asif Rüstəmov, İlqar Nəcəf, Roelof Jan Minneboo, quruluşçu operatoru Ayhan Salar, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarı Firudin Allahverdi, icraçı prodüseri Akif Əliyev, prodüserləri Müşfiq Hətəmov və İlqar Nəcəfdir. Rolları Qurban İsmayılov, İlahə Həsənova, Səmimi Fərhad, Həsən Ağayev, Rövşən Kərimduxt və digərləri canlandırıblar.
http://seefilmla.org/2018-festival-awards/
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Həmin gündən düz 47 il keçdi" - Fotolar
Rəşidə Behbudova ailə səadətini paylaşdı: İzləyicilər heyran qaldı
Azərbaycanlı professor türk dünyasının nüfuzlu elm mükafatına layiq görüldü
Flora Kərimovanın nəvəsi evlənir: Xalq artistindən duyğusal təbrik
Fəxrəddin Manafovun həyat hekayəsi: Futboldan kinoya uzanan yol
Cahangir Novruzovun Nəsibə Neynalova ilə unudulmaz mübahisəsi
