07.09.2026 - 11:10
Ölkə 18 baxış

Bəzi bölgələrdə leysan və güclü külək müşahidə olunur

Azərbaycanda hava şəraiti əsasən yağmursuz keçsə də, sentyabrın 6-sı axşam saatlarından etibarən bəzi rayonlarda yağış və şimşək müşahidə olunur. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakteri daşıyır.

Minval.info xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 7-si saat 10:00-a olan məlumatına görə, düşən yağıntının miqdarı Qaxda (Sarıbaş) 18 mm, Zaqatalada 17 mm, Göygöldə 8 mm, Daşkəsəndə 6 mm, Gədəbəy, Şəkidə (Kişçay), Şahbuzda 5 mm, Beyləqan, Qusar, Qəbələ, Balakəndə 4 mm, Goranboy, İmişli, Oğuzda 3 mm, Qrız, Xınalıq, Cəbrayıl, Zərdab, Tərtər, Ağstafa, Ordubad, Culfada 2 mm, Xaçmaz, Sədərək, Naxçıvan, Naftalan, Şəmkir, Ceyrançöl, Tovuz, Gəncə, Şamaxı, Xaltan, Bərdə, Mingəçevir, Yevlax, Sabirabad, Biləsuvar, Ağdam, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzulidə isə 1 mm təşkil edir.

Bəzi bölgələrdə şimal-qərb küləyi güclənib, küləyin maksimal sürəti Naftalanda 24 m/s, Goranboyda 23 m/s, Culfada isə 20 m/s-yə çatır.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: