Çində 26 mərtəbəli bina 5 günə tikildi!
Çində 208 mənzildən ibarət 26 mərtəbəli yaşayış binasının tikintisi cəmi 120 saata tamamlanıb. Bu sürətli inşaat, paslanmayan poladdan modul tikinti texnologiyasının tətbiqi ilə həyata keçirilib.
Minval.info xəbər verir ki, “Jingdu Holon” adlandırılan binanın ümumi sahəsi təxminən 14 min kvadratmetrdir və 5 gün ərzində inşa edilib. Bina Syanin rayonunda yerləşir və tikinti işləri 2024-cü ilin yanvar ayının 7-dən 11-dək davam edib. Ənənəvi beton tökmə üsulundan fərqli olaraq, yaşayış sahələrinin bütün modulları əvvəlcədən zavodda hazırlanaraq tikinti sahəsinə gətirilib.
Mənzillər tikinti sahəsinə demək olar ki, tam hazır vəziyyətdə çatdırılıb. Hər modulun uzunluğu təxminən 12 metr, eni 2,4 metr, hündürlüyü isə 3 metrdir. Modullar zavoddan elektrik, santexnika və kondisioner sistemləri quraşdırılmış halda çıxır. Tikinti sahəsində təxminən 100 işçi kranların köməyi ilə prefabrik elementləri birləşdirir.
Karkas quraşdırıldıqdan sonra bina su və elektrik şəbəkələrinə qoşularaq istifadəyə hazır vəziyyətə gətirilir. Binaya dörd lift xidmət göstərir və mənzillər əvvəlcədən mebellərlə təchiz edilib ki, bu da kirayəçilərin dərhal köçməsinə imkan verir. “Broad Group Holon” şirkəti tərəfindən inşa edilən bina, zəlzələyə davamlıdır və 1000 ildən çox xidmət göstərə biləcəyi iddia edilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
M2 avtobuslarında minmə prosesi sürətləndi!
Taksi sürücüləri uşaqlı müştərilərdən niyə qaçır?
Kənd təsərrüfatında casusluq təhlükəsi: Çin avadanlıqları?
İnternet yaddaşımızı zəiflədir? Alimlər araşdırdı
Kəmaləddin Heydərovun yeni müşaviri kimdir?
İlham Mirzəyev izləyicilərindən dua istədi
Sürücülərə hava xəbərdarlığı: Yollarda ehtiyatlı olun!