Meksikada dini mərasimdə partlayış: 10 ölü, 64 yaralı
Meksikanın Temascalçinqo bölgəsində dini mərasim zamanı baş verən partlayış faciə ilə nəticələnib. Santa-Mariya Kançesda ərazisində keçirilən tədbir zamanı kilsənin yaxınlığında saxlanılan pirotexniki vasitələrin partlaması nəticəsində 10 nəfər həyatını itirib, 64 nəfər isə yaralanıb. Ölənlər arasında iki uşaq da var. Yaralananlar arasında iki keşişin olduğu bildirilir.
Minval.info xəbər verir ki, partlayış nəticəsində kilsənin yaxınlığındakı divarlardan biri uçub. Hadisə yerinə dərhal xilasedicilər, yanğınsöndürənlər və tibbi briqadalar cəlb olunub. İlkin məlumata görə, pirotexniki vasitələr kilsənin anbar kimi istifadə olunan hissəsində saxlanılıb. Partlayışın dəqiq səbəbinin müəyyənləşdirilməsi üçün araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İspaniyada qatar qəzasında 27 ölkənin vətəndaşı həlak olub
Filippində Mayon vulkanı püskürdü: Üçüncü səviyyə həyəcan siqnalı
Ukrayna ordusunun snayperi və təlimatçısı Afrika ölkəsində həbs edildi
Filippinlərdə Mayon vulkanı fəallaşdı: xəbərdarlıq səviyyəsi artırıldı
Bakıda "Rəmiş" hotelin fəaliyyəti dayandırıldı
Siyəzəndə məktəbli motosiklet qəzasında həyatını itirdi
6 tondan çox narkotik qanunsuz dövriyyədən çıxarıldı