Şəmkirdə 15 yaşlı gəncə qətl cəzası: 9 il 6 ay
Bu ilin aprel ayında Şəmkir rayonunda baş verən qətl hadisəsi ilə bağlı məhkəmə prosesi yekunlaşıb. 15 yaşlı F.Poladov, bacısının 19 yaşlı sevgilisi Ramal Quliyevi bıçaqlayaraq öldürdüyü üçün Cinayət Məcəlləsinin 120.1-ci maddəsi üzrə təqsirli bilinib.
Minval.info xəbər verir ki, hadisə F.Poladovun “Tiktok” sosial şəbəkəsində bacısının Ramal Quliyevlə əl-ələ fotosunu görməsi və Ramalın tez-tez “Vaz” markalı avtomobillə yaşadıqları evin qarşısına gəlməsini öyrənməsi ilə başlayıb. Bu səbəbdən F.Poladov Ramalı gecə saat 02 radələrində yaşadıqları evin yaxınlığına çağırıb və burada ona avtomobildə bıçaqla hücum edərək zərbələr endirib. Ramal Quliyev kəskin qan itirmədən həyatını itirib.
Məhkəmənin qərarı ilə F.Poladova 9 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Binance tarixinin ən böyük kiber hücumuna məruz qaldı
Məktəb direktoru xadimənin attestatını 500 manata satdı
Sabiq icra başçısının oğluna qarşı 2 milyonluq dələduzluq ittihamı
Bakıda supermarketdə 100 minlik fırıldaq
Rassel Brend Londonda təcavüz və cinsi təcavüz ittihamlarını rədd edir
Elsevər Əliyevin həyat yoldaşı da saxlanıldı
İki gəncin ölümünə səbəb olan sürücü niyə sərbəst buraxıldı?