Hind müğənninin qətlində milyarder varis şübhəli
Hindistanda məşhur müğənni Ankit Baliyana qarşı törədilən sui-qəsdlə bağlı yeni detallar üzə çıxıb. Hadisə Uttar-Pradeş ştatında baş verib və axtarışda olan şəxslərdən biri 19 yaşlı Satyam Kadyan kimi tanınıb. Kadyanın milyardlarla dollar dəyərində sərvətin varisi olduğu bildirilir. Onun ailəsinin Haryana ştatında 60 hektar kənd təsərrüfatı torpağı və böyük biznesi var. O, ailənin yeganə oğludur.
Minval.info xəbər verir ki, 32 yaşlı müğənni avqustun 26-da Şamli şəhərində idman zalından çıxarkən iki motosikletlə gələn şəxslərin silahlı hücumuna məruz qalıb və həyatını itirib. Polis hadisə ilə bağlı iki şübhəlini zərərsizləşdirib. Daha iki nəfərin, o cümlədən Kadyanın axtarışda olduğu bildirilir. Araşdırmalara görə, cinayətin müğənninin kriminal mövzulu mahnısı ilə bağlı qisas zəminində törədilməsi ehtimal edilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Georgi Vitsin: Səhnədə qorxaq, həyatda qəhrəman!
Şuşa qayalarında vandalizm: Ad yazmaq yox, yaşatmaq!
A.B.İ. serialının yeni mövsümü sentyabrda başlayır
Avtomobil bazarında köhnə maşınlara tələbat artıb
Selen Öztürk yeni serialda baş rolda!
Murad və Ülviyə oğullarının ad günündə bir arada
Fidan Hacıyeva 50 yaşını opera festivalı ilə qeyd edir