07.06.2018 - 16:00
Gündəm
22 baxış
“Nahardan qayıdanda eşitdim ki...” - İşdən çıxarılan icra başçısı
Prezident İlham Əliyevin sərəncamı ilə Tofiq Zeynalov Tovuz rayon icra hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Prezidentin başqa bir sərəncamı ilə onun yerinə Məmməd Cahangir oğlu Məmmədov təyin edilib.
Minval.info xəbər verir ki, Tofiq Zeynalov xəbəri musavat.com-a şərh edərkən deyib ki, sərəncam haqda ona təzəliklə məlumat veriblər: “Nahar fasiləsindən qayıtdıqdan sonra eşitdim ki, vəzifədən azad edilmişəm. Allah cənab prezidentdən razı olsun. Şübhəsiz ki, islahatlar davam etdirilməlidir. Yeni kadrlar gəlməlidir. Bizə tapşırılan bu vəzifəni yerinə yetirdik, bizdən sonra gələnlər də, inanıram, yüksək səviyyədə işlərinin öhdəsindən gələcəklər”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
VACİBBakıda oyuncaq maşınla yola çıxan saxlanıldı
08.09.2026 - 13:18
Çingiz Abdullayev jurnalistlərə səsləndi: “Buna son qoymağın vaxtı deyilmi?”
27.08.2026 - 23:45
Bloger 'by ella' həbsdən necə azad edildi? – Məhkəmənin qərarı açıqlandı
21.08.2026 - 08:00
Tiktokerin keçmiş ərinin Türkiyədə cəsədi tapıldı
12.08.2026 - 11:39