N. Nərimanovun adına yaraşmayan hərəkət - Zabrat sakinləri ayağa qalxdı (VİDEO)
“Space” Tv-də yayımlanan “Olar? Olmaz!” verilişində maraqlı görüntülər yayımlanıb.
Minval.info xəbər verir ki, Nəriman Nərmanovun adını daşıyan küçədə çirkab sular arx vasitəsi ilə axıdılır. Sanki hansısa ucqar kənddir. Telaparıcı Amil Xəlil yenə də aidiyyatı qurumları tənqid edib.
O, Nərimanovun adını daşıyan küçənin bu halda olmasının günahını “Azərsu” və icra orqanlarında görüb. “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri də açıqlama verərək teleaparıcının haqlı olduğunu, lakin əraziyə gələcəkdə kanalizasiya xəttinin çəkiləcəyini deyib. Maraqlı məqam ondan ibarətdir ki, məhəllənin yuxarı və aşağı hissələrinə “Azərsu” tərəfindən yeni xəttlər çəkilib.
Başı bəlalı Nəriman Nərmanov küçəsinin sakinlərinin dərdi bununla da bitmir. Onlar Rauf adlı şəxsə pul veriblər ki, kanalizasiya xəttini özləri çəksin. Bu dəfə də Rauf pulları götürüb və sakinlərin ümidini puça çıxardıb. Amil Xəlil əvvəllər su kanalizasiya idarəsinin əməkdaşı olan Rauf adlı şəxs ilə olanları müzakirə edib. O da öz növbəsində 1 həftə ərzində pulları geri qaytarcağına söz verib.
Həmin anları təqdim edirik.
https://www.youtube.com/watch?v=Ulix05qYQf0
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Pensiyaçılara kredit qapıları bağlanır?
Atalıq məzuniyyəti: 1126 işçi faydalandı
Əmək müqaviləsi olmayanlar pensiya hüququndan məhrumdur
Ahıllar evində 214 nəfərə xüsusi qayğı göstərilir
Elgiz Əkbərdən YouTube-da yeni sosial layihə
Kəlbəcərdə ilk əmək yarmarkası: 90 vakansiya!
Nazirliyin xidmətləri üçün e-sorğuya qoşulun!