Murad Dadaşovdan efirdə yüzlərlə gəncin gələcəyini təhlükəyə atacaq reklam...
Bakıda Anadolu Universitetinin filialı fəaliyyət göstərir, və ya özlərini belə adlandırırlar. Bu universitet haqqında istər mətbuatda, istərsə də sosial mediada dəfələrlə mənfi yazılar yer alıb.
Minval.İnfo xəbər verir ki, distant təhsil təklif edən universitet haqqında yüzlərlə şikayətçi tələbə var.
Bu təhsil mərkəzi Anadolu Universitetinin Bakı filialı kimi reklam edilir. Lakin iddia olunur ki, ortada filial mövcud deyil, sadəcə universitetlə tərəfdaşlıq edir.
Ən böyük problem isə bu universitetin verdiyi diplomun Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tanınmamasıdır.
Belə ki, tələbə illik 2000 avro pul ödəyib, 4 il distant (online dərs almaq üsuludur) alır, amma onun diplomu tanınmır.
İndi isə belə bir qalmaqallı yeri ölkənin ən çox reytinqi olan şousunda Murad Dadaşov reklam edir. Bu da tələbə olmaq istəyən yüzlərlə gəncin gələcəyini sual altına qoymaq deməkdir.
Belə ki, ATV telekanalında yayımlanan “Maşın Şou” yarışmasına sponsor olan bu nümayəndəlik Murad Dadaşov tərəfindən reklam edilir.
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda koronavirusa yoluxma üzrə lider rayon yenə dəyişdi - RƏSMİ
Qaradağın icra başçısından 16 milyonluq borcla bağlı AÇIQLAMA
Qurban Qurbanovdan daha bir istefa
Hamıya "işverən" deyib təhqir edən biznesmen oğlu tutuldu - FOTO, VİDEO
"Biz bəd əməldən dərhal xəbər tutacağıq və siz cəzanızı alacaqsız"