03.11.2026 - 10:24
Nepalda iki helikopter toqquşdu: Ölən və yaralananlar var
Dünya 116 baxış

Nepalda iki helikopter toqquşdu: Ölən və yaralananlar var

Nepalda Everest bölgəsində yerləşən Periçe kəndində iki helikopterin eniş zamanı toqquşması faciə ilə nəticələnib. Hadisə nəticəsində bir turist həyatını itirib.

Oxu.az-ın məlumatına görə, bu barədə “SHOT” “Telegram” kanalı rusiyalı bələdçiyə istinadən məlumat verib. Nepal polisi də yerli mediaya verdiyi açıqlamada bir əcnəbi vətəndaşın öldüyünü təsdiqləyib.

Polisin “Facebook” səhifəsində verilən məlumata əsasən, “Bir nəfər ölüb, üç nəfər yaralanıb”. Ölən şəxsin Hindistan vətəndaşı olduğu müəyyən edilib. Yaralananlar arasında hindistanəsilli Yeni Zelandiya vətəndaşı da var və o, xəstəxanaya çatdırılıb.

Helikopterlərin hər iki pilotu yüngül xəsarətlər alıb və müalicə üçün Katmanduya aparılıblar. Toqquşma “Fishtail Air” və “Air Dynasty” şirkətlərinin helikopterləri arasında baş verib və hadisə “Edelweiss Pheriche” hotelinin yaxınlığında olub.

Toqquşmadan sonra hər iki helikopter yerə çırpılıb. Hadisə zamanı yaxınlıqda olan turistlər də təhlükə ilə üzləşiblər, lakin ciddi xəsarət alan olmayıb. Toqquşmanın səbəbləri və xəsarət alanlar haqqında daha ətraflı məlumatlar hələ dəqiqləşdirilir.

SOSİAL MEDİA MƏZMUNU

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: