Milli Məclisin növbəti iclasında 10 məsələ müzakirə olunur
Publika.az-ın məlumatına görə, Milli Məclisin payız sessiyası çərçivəsində növbəti iclası keçirilir. Bu günkü iclasın gündəliyinə 10 mühüm məsələ daxil edilib.
İclasda ilk olaraq 8 noyabr – Zəfər Günü ilə bağlı Milli Məclisin Bəyanatı müzakirə olunacaq. Ardınca, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) seçilməsi məsələsi gündəmə gətiriləcək.
Özbəkistan Respublikası ilə əlaqələrin inkişafı çərçivəsində “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə”nin təsdiq olunması və pensiya təminatı sahəsində əməkdaşlıq haqqında sazişin təsdiqi məsələləri müzakirə ediləcək.
İclasda həmçinin “Banklar haqqında” və “Qiymətli kağızlar bazarı haqqında” qanunlarda, eləcə də ətraf mühitin mühafizəsi və təsirin qiymətləndirilməsi ilə bağlı qanunlarda dəyişikliklər üçüncü oxunuşda nəzərdən keçiriləcək.
Bununla yanaşı, “Hərbi xidmətkeçmə haqqında” əsasnamənin təsdiqi və Miqrasiya Məcəlləsində dəyişikliklər birinci oxunuşda müzakirə olunacaq. İclasda “Elektron ticarət haqqında” qanuna da dəyişikliklər təklif edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
ABŞ-da seçkilər Tramp üçün referenduma çevrilir
Netanyahunu devirmək üçün plan: Ərəb partiyaları müxalifətlə birləşir
Donald Trampın WSJ-yə qarşı iddiası yenidən rədd edildi
Türkiyədə “Yüz vilayət, 1000 rayon” layihəsi reallaşacaq?
Netanyahunun oğlu İsraildəki ərəb partilərini tənqid etdi
Gürcüstan və Azərbaycan sərhədin delimitasiyasını sürətləndirmək istəyir
Ərdoğan: Türk dünyasının ailə fotoşəkilində ayrılığa yer yoxdur