Maykl Ouen "Real"la müqavilə bağlayarkən göz yaşlarını saxlaya bilməyib
“Liverpul”un keçmiş hücumçusu Maykl Ouen, “Real Madrid”lə müqavilə imzaladıqdan sonra yaşadığı duyğusal anları xatırlayıb. Ouen, 14 avqust 2004-cü ildə 8 milyon funt sterlinq müqabilində “Real Madrid”ə transfer olub.
Publika.az-ın məlumatına görə, Ouen bu barədə “FourFourTwo”ya danışıb. O bildirib ki, “Liverpul”dan ayrılmaq onun üçün gözlənilməz bir qərar idi. ABŞ-da mövsümöncəsi turne zamanı, Karragerlə otel otağında olarkən agentindən aldığı zənglə bu qərarı verməli olub.
Ouenin dediyinə görə, komanda yoldaşı Ceymi Karrager onu bu transferdən çəkindirməyə çalışıb: “Getmə. Onların Raul, Ronaldo və Fernando Moryentesi var. Bir dəqiqə də oynamayacaqsan”, – deyə Karrager bildirib.
Lakin Maykl Ouen müqaviləni imzaladıqdan sonra geri dönüşün olmadığını anladığı an yaşadığı hisləri belə ifadə edir: “Aman Allahım, mən nə etmişəm?” Hava limanına gedərkən geridə qoyduğu hər şeyi düşündüyünü və gözlərinin dolduğunu deyib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Messinin sol ayağı məndə olsaydı... - Keynin arzusu
ÇL: "Vikinq" – "Sabah" oyununun hakimləri açıqlandı
Çempionluğu qazandıqdan sonra babasını xatırladı
Laminin atası: mən Yamal deyiləm!
Joze Mourinyo Vinisius Juniora dəstək ifadə etdi
Bu gün Astanada 4 güləşçimiz xalça üzərinə çıxacaq