Cənubi Koreya liderinin şəxsi məlumatları internetdə sızdırıldı
Cənubi Koreyada Prezident Li Cae Myunq və onunla birlikdə gedən heyətin pasport məlumatları da daxil olmaqla şəxsi məlumatlarının internetə sızdırılması ilə əlaqədar rəsmi araşdırma başladılıb. Bu hadisə, Cənubi Koreya yayım şirkəti KBS-nin, Li’nin iyun ayında Avropa səfəri öncəsi hazırlanan bir sənədin internetə yüklənməsini xəbər etməsi ilə ortaya çıxıb.
Minval.info xəbər verir ki, həmin sənədin VirusTotal adlı zərərli proqram tarama platformasına və ödənişli bir internet saytına yükləndiyi, təxminən beş ay boyunca açıq qaldığı müəyyən edilib. Lakin sənədi platformaya kimin və hansı məqsədlə yüklədiyi hələ də aydın deyil.
KBS, məlumatları internetdə tapdıqdan sonra Cənubi Koreya Prezident Administrasiyasını vəziyyətdən xəbərdar etdiyini bildirib. Sızdırılan faylın “sərnişin siyahısı” adı ilə, Belçika, İtaliya və Fransa da daxil olmaqla G7 Zirvəsi çərçivəsində planlaşdırılan Avropa səfərlərindən günlər əvvəl yükləndiyi qeyd olunub.
Faylda Prezident Li Cae Myunq və həyat yoldaşı ilə yanaşı, Milli Təhlükəsizlik Müşaviri Vi Sunq-lak və mühafizəçilər daxil olmaqla, ümumilikdə 168 yüksək səviyyəli vəzifəli şəxsin pasport nömrələri və doğum tarixləri yer alırdı. Cənubi Koreya Xarici İşlər Nazirliyi, sızıntıdan təsirlənən Li və həyat yoldaşı da daxil olmaqla bütün vəzifəli şəxslərin pasportlarının yeniləndiyini açıqlayıb.
Xarici İşlər Nazirliyinin sözçüsü Pak Du-sun, bu gün keçirdiyi mətbuat konfransında ifşa olunan məlumatların müvafiq internet saytından çıxarıldığını və daha çox yayılmasının qarşısını almaq üçün texniki tədbirlər görüldüyünü qeyd edib. Pak, “Xarici İşlər Nazirliyi, məlumatların necə sızdırıldığını müəyyən etmək üçün Milli Polis Təşkilatı və digər müvafiq qurumlarla birlikdə çalışır” deyib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Snap Inc. ABŞ-da sosial media ilə bağlı məhkəmə iddiasını həll etdi
Nepalda iki helikopter toqquşdu: Ölən və yaralananlar var
Avropada marketlərə siber hücumlar artıb
Brexit sonrası yaranan travma Brüsseli narahat edir
ABŞ-da iqtisadi çətinliklər seçki nəticələrinə təsir edə bilər
ABŞ-da ara seçkilərdə diqqətlər mühüm ştatlara yönəlib