Müdafiə Nazirliyi ermənilərin absurd fikirlərinə cavab verdi
“Ermənistan müdafiə nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Hovhannisyanın səsləndirdiyi sərsəm fikirlər ilk dəfə deyil”.Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Ermənistan tərəfinin yaydığı məlumatların heç bir əsası yoxdur:
“Bu, növbəti dəfə erməni cəmiyyətini aldatmağa istiqamətlənmiş cəfəngiyyatdır. Cəmiyyətimizi düşmənin təxribatçı məlumatlarına uymamağa çağırıq”.
Xatırladaq ki, mayın son günlərində Şərur rayonunun Günnüt kəndi və ətafındakı mühüm strateji əhəmiyyəti olan yüksəkliklər Əlahiddə Ümumqoşun Ordunun əks-həmlə əməliyyatları ilə işğaldan azad edilib. Bununla da ordumuz daha əlverişli mövqelərə sahiblənib, “Xunut” dağı və “Ağbulaq” yüksəkliyi , daha sonra isə “Qızılqaya” dağı və “Mehridağ” işğaldan azad edilərək Dərələyəz mahalının Arpa kəndi (Ermənilər adını dəyişdirərək “Areni” qoyublar) nəzarət altına keçib. Ümumilikdə 11 min hektara yaxın ərazi nəzarət altına alınıb. Bu ərazinin isə 8 min hektardan artığı əkin üçün, xüsusilə dəmyə əkinçiliyi üçün yararlı ərazilərdir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Operativ Qərargah toy məclisləri ilə bağlı qərar verdi
Bakıda hərbi parad keçirilir - CANLI YAYIM
Bərdə və Bakıda atılan uşaqlarla bağlı rəsmi açıqlama
Mehman Hüseynovla bağlı qərar verildi
Turizm Agentliyinin yeni sədri KİMDİR?
İcra başçısının müavini Elinanın ölümünə görə prokurorluğa çağırılıb