05.08.2026 - 13:42
Təhsil 30 baxış

Müəllimlərin işə qəbulu: Şəhid ailələri üçün xüsusi vakansiya seçimi başladı

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsi bu gün saat 11:00-dan etibarən start götürüb.

Minval.info xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb. Məlumatda bildirilir ki, ilkin mərhələdə test imtahanında minimum keçid balını toplamış şəhid ailəsi üzvləri vakant yerləri seçə biləcəklər.

Namizədlər elektron ərizə formalarında maksimum səkkiz vakant yer seçimi edə bilərlər. Vakant vəzifələrə yerləşdirmə, namizədin ərizədə göstərdiyi seçim ardıcıllığına əsasən həyata keçiriləcək.

Qeyd edək ki, vakant yer tutduqdan sonra imtina edən namizədlər növbəti vakansiya seçimi mərhələlərində iştirak edə bilməyəcəklər. Növbəti mərhələlərdə faktiki yaşayış yerinə uyğun həvəsləndirmə tədbirləri tətbiq edilən təhsil müəssisələri üzrə vakansiya seçimi və ümumi vakansiya seçimi turu keçiriləcək. Bu mərhələlərin tarixləri barədə əlavə məlumat veriləcək.

Şəhid ailəsi üzvləri üçün vakansiya seçimi prosesi avqustun 6-sı saat 11:00-dək davam edəcək.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: