Rusiyada azərbaycanlı gəncin keçmiş sevgilisini öldürməsinin təfərrüatı
Rusiyanın Sankt-Peterburq şəhərində 28 yaşlı azərbaycanlı Yaqub Süleymanovun keçmiş sevgilisini öldürdüyü iddia edilir. Baku.ws-ın məlumatına görə, bu dəhşətli hadisə noyabrın 12-də Kalinin rayonunda, qadınlara yardım mərkəzinin yaxınlığında baş verib.
Hadisə zamanı 27 yaşlı qadın, müəssisənin açılmasını gözləyərkən Süleymanov tərəfindən səkkiz bıçaq zərbəsi alıb və boğazı kəsilib. Hadisədən sonra ərazidən uzaqlaşan şübhəli, 112 xidmətinə zəng edərək cinayəti törətdiyini etiraf edib və qısa müddət sonra hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Rusiya mediasının yazdığına görə, Süleymanov hadisədən əvvəl qadından 2025-ci ildə onun üçün xərclədiyini iddia etdiyi 800 min rublu geri tələb edib. Hətta qadına borcu ödəmək üçün böyrəyini satmağı təklif edərək, onu öldürməklə hədələyib.
Noyabrın 13-də 78.ru portalı Süleymanovun qadına ünvanladığı təhdidlərin əks olunduğu telefon danışığının səs yazısını yayımlayıb. Səs yazısında, Süleymanovun qadına cəmi iki saat vaxt verdiyi, əks halda bədən üzvlərini kəsəcəyi və onu bıçaqlayacağı ilə hədələdiyi eşidilir.
Məlumata görə, qadın mütəmadi zorakılığa məruz qaldığı üçün sentyabr ayında ondan qaçaraq gizlənməyə başlayıb. Şübhəlinin əvvəllər məhkum olunduğu və üç övladının olduğu bildirilir. Öldürülən qadın isə onun kiçik övladının anasıdır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
ABŞ-da süni zəka ilə 129 milyon dollarlıq dələduzluq aşkarlandı
Süni intellektlə rəhbərləri təqlid edərək 130 milyon dollar oğurladılar
Məşhur müğənni Güllünün şübhəli ölümü ilə bağlı yeni iddialar
Boşanma zamanı qadına dələduzluqla 163 min manat ziyan vuruldu
Kürdəmirdə vəzifəli şəxs 125 min manatlıq mənimsəmədə ittiham edilir
Milyonçu Bəxtiyar Dalinin zorlamağa cəhd etdiyi qadın müğənni imiş