14.10.2018 - 12:12
İdman
20 baxış
Mixael Şumaxerin oğlu çempion oldu
7 dəfə “Formula-1” çempionu olmuş əfsanəvi pilot Mixael Şumaxerin oğlu Mik vaxtından əvvəl Avropa “Formula-3” yarışlarının çempionu adını qazanıb.
Minval.info Publika.az-a istinadən xəbər verir ki, 19 yaşlı Mik Şumaxer Almaniyanın Hokkenhaym mərhələsinin ikinci yürüşünü ikinci yerdə başa vuraraq vaxtından əvvəl çempionluğunu rəsmişəşdirib.
Qeyd edək ki, Mik keçən il bu yarışlarda debüt etmiş və yekun siyahıda 12-ci yeri tutmuşdu.
Onun atası 2013-cü ildə xizək sürərkən başından aldığı ağır zədədən sonra müalicəsini davam etdirir. Mixael Şumaxerin yaxınları müalicənin təfərrüatları barədə məlumat vermirlər. Miki dəstəkləmək üçün Hokkenhayma onun anası gəlmişdi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Barselonanın qapıçısı Qarsiya 3 həftəlik sıradan çıxdı
18.09.2026 - 08:58
Messi MLS-də 100-cü qolunu vurdu!
17.09.2026 - 21:53
Avropa Liqasında nəhənglərin mübarizə gecəsi!
17.09.2026 - 12:54
Kiyevə hücum: Bir ölü, on bir yaralı
16.09.2026 - 20:12
Alkoqol sonrası yaddaş itkisi: Səbəbləri nədir?
13.09.2026 - 21:38
Ofeliya Sənani bədbəxt hadisə nəticəsində xəsarət alıb
13.09.2026 - 16:51
Beşiktaş Luiz Arauxonu heyətinə qatır
13.09.2026 - 13:21
Mourinyo: "Real"dakı münaqişəyə qarışmadım!
12.09.2026 - 16:35
