MİT Azərbaycanda "Gülən camaatı"na bağlı şirkət rəhbərini həbs etdi
Türkiyənin Milli İstihbarat Təşkilatı (MİT) Azərbaycanda uzun müddətdir gizlənən və bizneslə məşğul olan türkiyəli iş adamı Uğur Dəmiroku həbs edib.
Minval.info xəbər verir ki, bu barədə “CNN Türk” məlumat yayıb.
Saxlanılan türkiyəli biznesmen ölkəsində “Silahlı Terror Təşkilatının yaradılması və idarə olunması” ittihamı ilə axtarışda olub.
Uğur Dəmirok Türkiyəyə gətirildikdən sonra İstanbul 9-cu Sülh Cəza Məhkəməsində hakim qarşısına çıxarılıb. O məhkəmədə biotibbi mühəndis olduğunu və aylıq qazancının 20 min türk lirəsi olduğu deyib. O həmçinin məhkəmə ilə əməkdaşlıq edəcəyini bildirərək cəzasının yüngülləşdirilməsini istəyib.
Qeyd edək ki, həbs edilən şəxsin 1999-cu ildə dərsxanaya gedərkən “Gülən camaatı” ilə əlaqəsi yaranıb.
O, ifadəsində həmçinin deyib ki, təşkilatla əlaqəsini 2015-ci ilin ortalarında dayandırıb. Daha sonra Azərbaycana gedib və orada bir həkim qadınla tanış olub. Dəmirok 2016-cı ildə həmin qadınla Azərbaycanda şirkət yaradıb.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Beyləqanda ağır qəza: Tanınmış müəllim həlak oldu
Xırdalanda mədəniyyət evinin yaxınlığında yanğın baş verdi
Nikosayağı qol transplantasiyasına niyə "yox" dedi?
Çinarlı Parkda yanğın: Səbəblər araşdırılır
Əməkdar artist Səvda Saleh insultdan sonra komada
Pərvinin arzuları qəzada yarımçıq qaldı
FHN-dən güclü külək xəbərdarlığı: Təhlükəsizlik vacibdir