Milyonların sevimlisi “Fəlakət”in tam metrajlı bədii filmi gəlir - Fotolar
Milyonların sevimlisi “Fəlakət” in tam metrajlı bədii filmi gəlir.
Minval.info xəbər verir ki, noyabr ayında kinoteatrlarda nümayişi planlaşdırılan “FƏLAKƏT” filminin çəkilişləri yekunlaşıb.
“Art film Baku” tərəfindən gerçəkləşdirilən proyektin hazırlıq dövrü hələ ötən ilin dekabrından başlayıb. Çəkiliş dövrü isə mart-aprel 2018-ci ili əhatə edirdi.
Bu film “Fəlakət” in çəkildiyi filmlərə bir prikvel olacaq (prikvel hadisələrin kökü deməkdir) və onun necə dünyaya gəlməsi, hansı şəraitdə böyüməsi və əsas süjet xətti olaraq onun köhnə məhəlləsi barədə gülməli-məzəli bir hekayəni əks etdirəcək.
“Fəlakət” sevərlər 70-80 dəq. civarında sevimli qəhrəmanlarının həyat hekayəsinin şahidi olacaqlar və ürək dolusu güləcəklər.
Hazırda filmin montaj-səsləndirmə prossesi həyata keçirilir.
Ekran işi geniş tamaşaçı kütləsinə 2018-ci ilin noyabr ayında təqdim olunacaq.
Filmdə “Fəlakət” obrazını canlandıran sevimli aktyor Elşən Orucovla bərabər, aktyorlar Nofəl Şahlaroğlu, Azər Aydəmir, Ləman Mərrih, Nəsibə Eldarova, Ülvi Həsənli, Orxan Ata, Solmaz Süleymanlı, Taleh Yüzbəyov və başqaları çəkiliblər.
Ekran işinin quruluşçu rejissoru – Emil Quliyev, quruluşçu rəssamı – Arif Niftiyev, Quruluşçu operatoru isə – Orxan Abbasovdur.
ƏLAQƏLİ
“Rəbbim qarşıdakı şərr və müsibətləri qaldırsın...” — Alim Qasımovdan qızına duyğusal təbrik
Onu da bildirək ki, tam olaraq “Art film Baku” şirkətinin məhsulu olan “Fəlakət” kinokomediyasının ikinci rejissoru Çingiz Həsənov, icraçı və kreativ prodüseri Azər Aydəmir, baş prodüseri isə Məmməd Məmmədovdur.
Minval.info

ƏLAQƏLİ
Azərbaycanlı professor türk dünyasının nüfuzlu elm mükafatına layiq görüldü








Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Həmin gündən düz 47 il keçdi" - Fotolar
Rəşidə Behbudova ailə səadətini paylaşdı: İzləyicilər heyran qaldı
Azərbaycanlı professor türk dünyasının nüfuzlu elm mükafatına layiq görüldü
Flora Kərimovanın nəvəsi evlənir: Xalq artistindən duyğusal təbrik
Fəxrəddin Manafovun həyat hekayəsi: Futboldan kinoya uzanan yol
Cahangir Novruzovun Nəsibə Neynalova ilə unudulmaz mübahisəsi