10.06.2018 - 11:21
İdman 1 baxış

Millimizin Qurban Qurbanovla səfərdə ilk qələbəsi - Video

Dünən futbol üzrə Latviya və Azərbaycan milli komandaları arasında yoldaşlıq oyunu keçirilib.

Minval.info xəbər verir ki, Qazaxıstanla səfər oyunundan sonra sərt tənqid olunan komandamız rəqibini öz meydanında məğlub etməyi bacarıb. Belə ki, Qurban Qurbanovun yetirmələri Riqa şəhərindəki “Dauqava” stadionunda keçirilən görüşdə Latviyanın qapısından üç top keçirib.

Millimiz yeni baş məşqçiylə rəqib meydanda tam üstünlüklə ilk qələbəsini qazanıb.

Ümumiyyətlə, komandamızın səfər qarşılaşmalarında üstün görməyə alışmamışıq. Lakin Qurban Qurbanov millimizi yeni formalaşdırmasına baxmayaraq, rahatlıqla rəqibini məğlub edib. Beləliklə, onun yetirmələri rəqib meydanda 1:3 hesabı ilə qalib gəlib.

Qurban Qurbanov komandamız məğlub olan zaman dərhal tənqid edildiyi kimi bu qələbədən sonra ona müsbət münasibət göstəriləcəkmi?!

 

Yoldaşlıq görüşü

9 iyun

Latviya – Azərbaycan – 1:3

Qollar:  Maksim Medvedev, 21, Cavid İmamverdiyev, 57, Emin Mahmudov, 63, Uldriks, 90 .

Hakimlər: Denis Şerbakov, Yuri Xomçanka, Andrey Xetsikov (hamısı Belarus)

https://www.youtube.com/watch?v=fZrtDGNYmCk

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: