Milli Məclisdə Əməkdar artistlə bağlı çağırış

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva ağır vəziyyətdə olan Əməkdar artist Novruz Qartalla bağlı çağırış edib.
Minval.info xəbər verir ki, deputat parlamentin bu gün keçirilən plenar iclasında bildirib ki, N. Qartal hər zaman bir sənətkar kimi ön cəbhələrdə əsgər və zabitlərimizin qarşısında çıxış edib, mədəniyyət sahəsinə öz töhfələrini verib:
“Novruz Qartal bu gün çox ağır vəziyyətdə kirayədə yaşayır. Sosial-maddi durumu çox çətindir. Bir neçə gün əvvəl onu ziyarət etdik. Novruz Qartalın ən böyük istəyi ömrünün son günlərini birotaqlı da olsa, öz evində yaşamaqdır. Mən müvafiq dövlət qurumlarına, tikinti şirkətlərinə üz tutaraq Azərbaycan mədəniyyətinə önəmli töhfələr vermiş sənətkarın son arzusunun həyata keçməsi üçün dəstək göstərməyə çağırıram”.


Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Həmin gündən düz 47 il keçdi" - Fotolar
Rəşidə Behbudova ailə səadətini paylaşdı: İzləyicilər heyran qaldı
Azərbaycanlı professor türk dünyasının nüfuzlu elm mükafatına layiq görüldü
Flora Kərimovanın nəvəsi evlənir: Xalq artistindən duyğusal təbrik
Fəxrəddin Manafovun həyat hekayəsi: Futboldan kinoya uzanan yol
Cahangir Novruzovun Nəsibə Neynalova ilə unudulmaz mübahisəsi