Metronun ötən gün açılışı olan "Sahil" stansiyasında problem yarandı

Metronun ötən gün açılışı olan “Sahil” stansiyasında eskalatorların fəaliyyətində fasilə yaranıb.
Minval.İnfo Modern.az-a istinadən xəbər verir ki, gün ərzində bir neçə dəfə enən eskalatorların hərəkəti dayanıb.
“Bakı Metropoliteni”QSC-nin mətbuat xidmətinin rəisi vəzifəsini müvəqqəti icra edən Bəxtiyar Məmmədov açıqlamasında bildirib ki, hadisə səhər saatlarında baş verib:
“Səhər saat 10 radələrində “Sahil” stansiyasındakı 3 və 4 saylı (enən) eskalatorlarda 3 dəfə hadisə baş verib. Bu səbəbdən də eskalatorların avtobloklanması baş verib. Hər dəfə fasilə 30-40 saniyə çəkib. Yeni eskalatorların fəaliyyəti tam avtomatlaşdırıldığı üçün avtobloklanmanın olması normaldır”.
B.Məmmədov deyib ki, hadisənin səbəbləri araşdırılacaq:
“Bu gecə həmin hadisənin başvermə səbəbləri araşdırılacaq və tam aradan qaldırılacaq”.
Qeyd edək ki, “Sahil” stansiyası 2017-ci ilin avqustun 21-də metronun təmirə bağlanıb. Ötən gün isə Azərbaycan Prezidenti İlham Əliyev metronun bu stansiyasının təmir və yenidənqurmadan sonra açılışını edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Özünü 12-ci mərtəbədən atmaq istədi, xilas edildi - BAKIDA
Azərbaycanda vəzifəli şəxsə cinayət işi açıldı
Yardımlıda dəhşətli cinayət - Güllələyərək öldürdü
Qubada yaşayış yerini qanunsuz tərk edən koronavirus xəstəsi tutuldu
Özünü yandıran Qarabağ qazisi vəfat etdi
Azərbaycanda it itə yedizdirilib, hadisə araşdırılır - FOTO