02.11.2026 - 14:14
Çempionluğu qazandıqdan sonra babasını xatırladı
İdman 171 baxış

Çempionluğu qazandıqdan sonra babasını xatırladı

“Mercedes” pilotu Andrea Kimi Antonelli çempionluq titulunu qazandıqdan sonra iştirak etdiyi mətbuat konfransında duyğusal anlar yaşayıb. Publika.az-ın məlumatına görə, gənc sürücü babasını xatırlayaraq göz yaşlarını saxlaya bilməyib.

Pilot bildirib ki, konfransda səsləndirilən mahnılardan biri ona vəfat etmiş yaxınlarını, xüsusilə də babasını xatırladıb. “Bu mahnı məndə güclü hisslər oyatdı, çünki babam onu hər zaman dinləyirdi,” – deyə Antonelli qeyd edib.

Bu sözlərdən sonra hisslərini cilovlamağa çalışan Antonelli qısa bir fasilə verib və əlavə edib: “Düşünürəm ki, babam mənimlə çox fəxr edərdi. Aman Allahım, bu gün çox ağladım.”

Xatırladaq ki, Andrea Kimi Antonelli Meksika Qran Prisində üçüncü yeri tutaraq 2026-cı il Formula 1 çempionluq titulunu vaxtından əvvəl təmin edib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: