Bu gün Astanada 4 güləşçimiz xalça üzərinə çıxacaq
Qazaxıstanın paytaxtı Astanada keçirilən güləş üzrə dünya çempionatına bu gün yekun vurulacaq.
Publika.az xəbər verir ki, yarışın son günündə Azərbaycanın sərbəst güləş millisinin dörd üzvü bürünc medal uğrunda mübarizə aparacaq. Cəbrayıl Hacıyev (79 kq) və İslam Bazarqanov (57 kq) yarımfinal məğlubiyyətindən sonra, Ali Tsokayev (92 kq) və Turan Bayramov (74 kq) isə rəqiblərinin finala yüksəlməsi sayəsində təsəlliverici görüşlərə qatılacaqlar.
Cəbrayıl Hacıyev və İslam Bazarqanovun bürünc medal görüşündəki rəqibləri təsəlliverici qarşılaşmaların nəticəsinə əsasən müəyyənləşəcək. Ali Tsokayev isə Nauru təmsilçisi Ceys Uera ilə qarşılaşacaq. Qalib gələcəyi təqdirdə o, bürünc medal uğrunda iranlı Amirhüseyn Firuzpurbandpeylə mübarizə aparacaq.
Turan Bayramov isə ilk təsəlliverici görüşdə kosovalı Ekzon Coni ilə qarşılaşacaq. Qələbə qazanarsa, növbəti mərhələdə tacikistanlı Viktor Rassadinlə güləşəcək. Bu qarşılaşmanın qalibi bürünc medal uğrunda yaponiyalı Yoşinosuke Aoyaqi ilə üz-üzə gələcək.
Xatırladaq ki, yunan-Roma güləşçilərimizdən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl, Nihat Məmmədli (63 kq) isə gümüş medal qazanıb. Sərbəst güləşçilərdən Arseniy Djioyev (86 kq) gümüş, Giorgi Meşvildişvili (125 kq) isə bürünc mükafat əldə edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Arsen Venger: hamı bakıdakı turnirə vurulub
Liverpool və Arsenal arasındakı qarşılaşma: Premyer Liqada gərgin duel
"Barsa"da gərginlik: əsas heyətə düşə bilmir
Ouen: İspaniyada olanda məni buna görə qəhrəman adlandırdılar
Tevesin birlikdə oynadığı ən yaxşı futbolçu: nə Messi, nə də Ronaldo
Messinin “Barsa”ya tövsiyə etdiyi istedad 4 nəhəngin hədəfində
Lionel Messinin karyerası ilə bağlı yeni iddialar