02.11.2026 - 14:54
ÇL: "Vikinq" – "Sabah" oyununun hakimləri açıqlandı
İdman 176 baxış

ÇL: "Vikinq" – "Sabah" oyununun hakimləri açıqlandı

Norveçdə “Vikinq” və “Sabah” komandaları arasında UEFA Çempionlar Liqasının oyunu keçiriləcək və bu qarşılaşmanın hakimləri artıq müəyyənləşib. Publika.az-ın məlumatına görə, bu oyunu idarə edəcək hakimlər briqadası Niderlanddan dəvət olunub.

Matçın baş hakimi FİFA referisi Sander van der Eyk olacaq. Ona kömək edəcək hakimlər isə həmvətənləri Rens Bluemink və Stefan de Qrootdur. Dördüncü hakim funksiyasını isə Joey Kooij icra edəcək.

“Vikinq” – “Sabah” oyunu noyabrın 4-dən 5-nə keçən gecə, saat 00:00-da başlayacaq. Bu qarşılaşma UEFA Çempionlar Liqasının liqa mərhələsinin 4-cü turuna aiddir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: