31.10.2026 - 16:04
Arsen Venger: hamı bakıdakı turnirə vurulub
İdman 153 baxış

Arsen Venger: hamı bakıdakı turnirə vurulub

FIFA U-15 dünya çempionatı və festivalı iştirakçılar və futbol ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanıb. Publika.az xəbər verir ki, bunu FIFA-nın Qlobal Futbol İnkişafı üzrə direktoru Arsen Venger açıqlayıb.

Vengerin sözlərinə görə, turnirin formatı komandalar arasındakı fərqlərin gözlənildiyindən daha az olduğunu göstərib. “Hamı bu turnirə vurulub və hər kəs onun dərhal yenidən keçirilməsini istəyir. Ümumilikdə, görürük ki, bütün dünya futbol oynayır və böyük ölkələrlə kiçik ölkələr arasındakı fərqlər gözlədiyimiz qədər böyük deyil,” – deyə o bildirib.

FIFA rəsmisi yarışın futbolçuların diqqət və konsentrasiya qabiliyyətinin inkişafına şərait yaratdığını vurğulayıb. “Bu oyun formatı futbolçulardan yüksək diqqət və konsentrasiya tələb edir. Texniki səviyyə çox yüksək idi. Meydanın bir tərəfindən digər tərəfinə sürətli keçidləri çox gördük,” – deyə o əlavə edib.

Bakıda keçirilən turnirin finalında İspaniya millisi Çexiyanı 3:0 hesabı ilə məğlub edərək çempionluq qazanıb.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: