Maradonanın oğlu: “Atamla Messini futboldan anlamayanlar müqayisə edirlər”
Argentina futbolunun əfsanəsi Dieqo Maradonanın oğlu milli komandanın dünya çempionatının ilk oyununda Səudiyyə Ərəbistanına 1:2 hesablı məğlubiyyətinə münasibət bildirib.
Minval.info “apasport.az”a istinadən xəbər verir ki, mərhum atasının adını daşıyan Dieqo Armando Maradona bunu böyük şok kimi dəyərləndirib.
O, həmçinin Maradona ilə millinin hazırkı kapitanı Lionel Messinin müqayisəsinə də toxunub: “Atamla Messini ancaq futboldan anlamayanlar müqayisə edirlər. Söhbət iki fərqli planetdən gedir, amma mən Messiyə dərhal nöqtə qoymaq istəmirəm. Bu məğlubiyyətdən məyus oldum. Bütün bunların baş verdiyinə inanmaq çətindir. Səudiyyə Ərəbistanına uduzmaq dəlilikdir. Amma futbolda elə olur ki, hətta daha zəif rəqiblərə də uduzursan”.
Qeyd edək ki, Argentina yığması qrupda növbəti oyununu noyabrın 26-da Meksikaya qarşı keçirəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Messi və Ronaldu eyni komandada oynayacaq!
Tibb müəssisələrində onlayn növbə sistemi genişlənir
Osimhen və Lemina 3 həftəlik sıradan çıxdı
Neftçi Şəfanı darmadağın etdi: 4:1!
Neymarın zədəsi: Santosda uzun fasilə gözlənilir
Sabah və Zirə liderlik üçün üz-üzə!
Luis Enrike PSJ ilə 2030-cu ilədək qalır