Maliyyə fırıldaqlarından necə qorunmaq olar?
Fırıldaqların qurbanı olmamaq üçün bank ekspertlərindən alınan məsləhətlər çox önəmlidir. Telefonunuza gələn zəngdə qarşı tərəf özünü bank əməkdaşı və ya güc strukturunun nümayəndəsi kimi təqdim edirsə, diqqətli olun. Onlar hesabınızda şübhəli əməliyyat aşkarlandığını bildirərək sizdən SMS-lə gələn kodu deməyinizi və ya vəsaiti ‘təhlükəsiz hesaba’ köçürməyinizi xahiş edə bilər. Minval.info xəbər verir ki, bu hallarda diqqətli olmaq vacibdir.
“Kapital Bank”ın Təhlükəsizlik departamentinin direktor müavini Emil Qasımov bildirir ki, fırıldaqçılar əsasən sosial manipulyasiya vasitəsilə insanları aldadır. Onlar özlərini etibarlı şəxs kimi təqdim edərək, insanları məlumat verməyə və ya kodu paylaşmağa sövq edirlər. Dələduzların əsas məqsədi insanı psixoloji təzyiq altında qərar verməyə məcbur etməkdir.
Fırıldaqçılığın qarşısını almaq üçün bəzi məqamlar dərhal şübhə yaratmalıdır. Əgər sizi tələsdirirlərsə və ya məxfilik tələb edirlərsə, bu, ciddi xəbərdarlıq siqnalıdır. Bank əməkdaşları heç vaxt sizdən məxfi məlumat və ya təsdiq kodu istəməzlər. Əgər qarşı tərəf sizdən bu məlumatları istəyirsə, dərhal danışığı dayandırmaq lazımdır.
Zəng edən şəxsin həqiqətən bank əməkdaşı olduğunu yoxlamaq üçün “Birbank” tətbiqindən təsdiqləyici bildiriş tələb edə bilərsiniz. Əgər belə bir bildiriş gəlmirsə, danışığı sonlandırmaq lazımdır. Eyni zamanda, bank adından gələn linklərə daxil olmaq əvəzinə, rəsmi kanallardan yoxlama aparmaq vacibdir.
OTP kodu təhlükəsizlik üçün çox vacibdir və heç kimlə paylaşılmamalıdır. Bu kod sizin kimliyinizi və ya əməliyyatı təsdiqləyən əlavə təhlükəsizlik qatıdır. Əgər sizdən OTP kodu tələb olunursa, bu çox vaxt dələduzluq niyyətində olan şəxsin sizdən istifadə etməsi deməkdir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xəzərə mənzərəli "Caspi Yards" və "Zəfər Qülləsi" təqdim olunub
NETTY 2026 üçün ərizə qəbulu başladı
Azərbaycanda ilk dəniz milli parkı yaradılır
“Gözel Seeds” və ADA Universiteti genetik konfransda alimləri topladı
AZAL-ın təşkil etdiyi lotereyanın 100 qalibi müəyyən edilib
Ukraynanın yeni hədəfi Rusiyanın onlayn ticarət sektoru ola bilər