Ukraynanın yeni hədəfi Rusiyanın onlayn ticarət sektoru ola bilər
Ukrayna dronlarının Rusiyanın iri logistika mərkəzlərinə qədər çatması ölkənin elektron ticarət sektoru üçün yeni risklər yaradıb. Minval.info xəbər verir ki, bu barədə “Novaya qazeta Yevropa”nın araşdırmasında bildirilir.
Məlumata görə, pandemiyadan sonra Rusiyada elektron ticarət bazarı sürətlə böyüyərək ÜDM-dəki payını 1,9 faizdən 5–6 faizə çatdırıb. Ölkə üzrə yüz minlərlə sifariş təhvil məntəqəsi fəaliyyət göstərir, Wildberries və Ozon isə ümumi sahəsi 10 milyon kvadratmetrdən çox olan iri anbar şəbəkəsi yaradıblar.
Nəşrin qeyd etdiyi kimi, bu logistika infrastrukturu gələcəkdə Ukrayna pilotsuz uçuş aparatlarının potensial hədəflərindən birinə çevrilə bilər. Ekspertlər hesab edirlər ki, hazırkı geniş anbar şəbəkəsi ayrı-ayrı obyektlərin sıradan çıxmasının təsirini azalda bilir. Lakin hücumlar sistemli xarakter alarsa, marketpleyslərin fəaliyyətində ciddi çətinliklər yarana bilər.
Araşdırmada vurğulanır ki, belə bir ssenari Rusiyanı hava hücumundan müdafiə sistemlərini yalnız hərbi obyektlər və enerji infrastrukturu deyil, iri mülki logistika mərkəzlərinin qorunması üçün də bölüşdürməyə məcbur edə bilər.
Materialda həmçinin bildirilir ki, son illərdə “Wildberries” və “Ozon” ətrafında iri biznes maraqlarının toqquşması da yaşanıb. İddialara görə, “Ozon” uğrunda Yuri Kovalçuk ilə əlaqələndirilən strukturlar mübarizə aparıb, “Wildberries” ətrafında isə Ramzan Kadırov və Süleyman Kərimov arasında qarşıdurma baş verib.
Araşdırmada iddia olunur ki, həmin qarşıdurma nəticəsində Kadırova təxminən 2 milyard dollar ödənilib. Eyni zamanda, “Wildberries” anbarlarında baş vermiş yanğınlarda məhv olan malların dəyərinin də satıcılar tərəfindən təxminən 2 milyard dollar həcmində qiymətləndirildiyi və kompensasiyalarla bağlı narazılıqların davam etdiyi qeyd olunur.
Qeyd edək ki, materialda Ukraynanın logistika obyektlərini sistemli şəkildə hədəfə alacağı barədə səsləndirilən fikirlər ekspert qiymətləndirmələri və ehtimallar kimi təqdim olunur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Şəbnəm "Kapriz"ə yeni nəfəs verdi - Video
"Düşünürəm ki, xalqımız bizi ruhdan salmayacaq" - Ərdoğan
Kılıçdaroğlu: Bizə bir iki yox, ən azı beş sandıq məmuru lazımdır
Süleyman Soylu: "Suriyalılar bizim xalqımızdır”
"Tata Steel": Şəhriyar Məmmədyarov liderliyi əldən verib
Azərbaycanda içkili halda məzarlığa girib qəbirləri dağıtdılar - VİDEO