Xəzərə mənzərəli "Caspi Yards" və "Zəfər Qülləsi" təqdim olunub
Baku.ws-ın məlumatına görə, Avant Group-un yeni çoxfunksiyalı “Caspi Yards” layihəsi və onun diqqətçəkən memarlıq elementi olan 44 mərtəbəli “Zəfər Qülləsi”nin təntənəli təqdimatı keçirilib. Tədbir Marriott Boulevard Hotel-də baş tutub.
Minval.info xəbər verir ki, təqdimatda layihənin konsepsiyası, memarlıq həlləri və gələcək inkişaf perspektivləri qonaqlara ətraflı izah edilib. 13 hektarlıq ərazini əhatə edən “Caspi Yards” müasir şəhər mühiti konsepsiyası əsasında formalaşdırılır. Layihə 11 yaşayış binasını və 2 biznes mərkəzini özündə birləşdirəcək.
“Caspi Yards” layihəsi “şəhər içində şəhər” konsepsiyasını əsas götürərək, yaşayış, iş, təhsil, səhiyyə və istirahət imkanlarını bir məkanda cəmləşdirir. Yeni metro stansiyasına birbaşa çıxış imkanına malik olacaq kompleksdə hospital, məktəb və ticarət mərkəzləri də fəaliyyət göstərəcək.
Ağıllı şəhər yanaşmasının tətbiq edildiyi layihədə binalar üçün ağıllı giriş və idarəetmə sistemləri nəzərdə tutulur. Bu texnologiyalar sakinlər və ziyarətçilər üçün rahat və müasir mühit yaratmağa xidmət edəcək.
Təqdimat zamanı Avant Group-un təsisçisi Əli Hüseynov “Caspi Yards”ın Bakının şəhərsalma mənzərəsinə yeni nəfəs gətirəcəyini vurğulayıb. Xəzər dənizinə açılan panoramika ilə “Zəfər Qülləsi” layihənin ən diqqətçəkən memarlıq elementlərindən biri olaraq təqdim edilib.
Layihə çərçivəsində maliyyə və sosial infrastruktur sahəsində əməkdaşlıqlar da qurulub. ABB ilə ipoteka tərəfdaşlığı və Landau Educational Group ilə təhsil infrastrukturunun inkişafı üzrə memorandumlar imzalanıb. İlk faza üzrə mənzillərin satışına başlanılıb və Zəfər Günü münasibətilə ilk 44 mənzil üçün 8 faiz endirim təklif edilir.
XƏBƏRİN VİDEOSU
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
NETTY 2026 üçün ərizə qəbulu başladı
Azərbaycanda ilk dəniz milli parkı yaradılır
“Gözel Seeds” və ADA Universiteti genetik konfransda alimləri topladı
AZAL-ın təşkil etdiyi lotereyanın 100 qalibi müəyyən edilib
Ukraynanın yeni hədəfi Rusiyanın onlayn ticarət sektoru ola bilər
Şəbnəm "Kapriz"ə yeni nəfəs verdi - Video