Azərbaycanda ilk dəniz milli parkı yaradılır
Azərbaycanda ilk dəniz milli parkının yaradılması istiqamətində işlərə start verilib. Baku.ws-ın məlumatına görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Rəşad Allahverdiyev I Akvakultura Forumu çərçivəsində keçirilən panel müzakirələrdə məlumat verib.
Rəşad Allahverdiyev bildirib ki, planlaşdırılmış ərazi dəniz akvatoriyasını əhatə edəcək və bu, həmin ərazinin mühafizəsi üçün mühüm addım olacaq. Milli parkın yaradılması ilə dəniz akvatoriyasının qorunması təmin ediləcək, qanunsuz balıq ovu ilə mübarizə məqsədilə mütəmadi reydlər təşkil olunacaq.
Bu təşəbbüs, həmçinin, dəniz ekosisteminin bərpasına və onun bioloji müxtəlifliyinin qorunmasına töhfə verəcək. Ətraf mühitin qorunması və dəniz resurslarının davamlı istifadəsi üçün bu cür layihələrin əhəmiyyəti böyükdür.
ƏLAQƏLİ
“Gözel Seeds” və ADA Universiteti genetik konfransda alimləri topladı
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Gözel Seeds” və ADA Universiteti genetik konfransda alimləri topladı
AZAL-ın təşkil etdiyi lotereyanın 100 qalibi müəyyən edilib
Ukraynanın yeni hədəfi Rusiyanın onlayn ticarət sektoru ola bilər
Şəbnəm "Kapriz"ə yeni nəfəs verdi - Video
"Düşünürəm ki, xalqımız bizi ruhdan salmayacaq" - Ərdoğan
Kılıçdaroğlu: Bizə bir iki yox, ən azı beş sandıq məmuru lazımdır