06.11.2026 - 10:54
NETTY 2026 üçün ərizə qəbulu başladı
Özəl 232 baxış

NETTY 2026 üçün ərizə qəbulu başladı

Baku.ws-ın məlumatına görə, Azərbaycanın 21-ci Milli İnternet Mükafatı olan NETTY2026 üzrə ərizə qəbulu start götürüb.

Veb-saytlar, tətbiqlər və sosial media layihələri 23 noyabr tarixinədək www.netty.az saytında müsabiqəyə təqdim edilə bilər. Bu müsabiqə rəqəmsal layihələrin arxasındakı ideyaları və komandaları tanıtmaq, faydalı təşəbbüslərə diqqət çəkmək və Azərbaycanın rəqəmsal inkişafına töhfə verən işləri qiymətləndirmək məqsədilə təşkil olunur.

NETTY2026-da iştirak üçün qeydiyyat ödənişsizdir və müsabiqənin tərəfdaşı MSolution | Chewick tərəfindən qarşılanır. Hər layihə əsas təyinatına uyğun bir nominasiya üzrə qeydiyyatdan keçirilir və ayrı-ayrılıqda qiymətləndirilir.

Mükafat yeddi əsas nominasiya üzrə təqdim ediləcək: elektron dövlət və rəqəmsallaşdırma, rəqəmsal iqtisadiyyat, biznes və fintex, texnoloji innovasiyalar və süni intellekt, elm, təhsil və rəqəmsal savadlılıq, media, mədəniyyət və rəqəmsal kontent, səhiyyə, idman, həyat tərzi və turizm, cəmiyyət, inklüzivlik və dayanıqlı inkişaf.

Ərizələrin qəbulu 2–23 noyabr tarixlərində aparılır. Ekspert Şurası və internet istifadəçiləri 24 noyabrdan 4 dekabra qədər səsvermə keçirəcək. Dekabrın 5-dən 15-dək NETTY Akademiyası nominantlar arasından qalibləri seçəcək. Qaliblərin elan edilməsi və mükafatlandırma mərasimi 16–18 dekabr tarixlərində baş tutacaq.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: