29.10.2026 - 15:54
AZAL-ın təşkil etdiyi lotereyanın 100 qalibi müəyyən edilib
Özəl 214 baxış

AZAL-ın təşkil etdiyi lotereyanın 100 qalibi müəyyən edilib

“Azərbaycan Hava Yolları” QSC (AZAL) və “Sea Breeze”in birgə təşkil etdiyi “Səma və Dəniz” lotereyasının əsas qalibi baş mükafat olaraq “Sea Breeze Resort” ərazisində yerləşən “Park Lane” yaşayış kompleksində mənzil qazanıb. Lotereya “AZAL Miles” loyallıq proqramının üzvləri arasında keçirilib.

Baku.ws-ın məlumatına görə, sentyabrın 28-də canlı yayımda keçirilən elektron tirajın nəticələrinə əsasən, ümumilikdə 100 iştirakçı qalib olub. Mənzillə yanaşı, lotereyanın mükafat fonduna uçuş milləri, “ABB–AZAL Miles Co-brand Infinite” və “Platinum” kartları, “Crocus Fitness Baku”da birillik abunəliklər və “Aghalarov Rest” restoranlar şəbəkəsinin hədiyyə kuponları daxil olub.

8 iyul – 8 sentyabr tarixlərində keçirilən kampaniya çərçivəsində iştirakçılar aviabilet alışları, millərin toplanması və istifadəsi, eləcə də lotereyanın şərtlərində nəzərdə tutulan digər əməliyyatlar vasitəsilə uduş şansları əldə ediblər. Lotereyada iştirak etmək üçün “AZAL Miles” üzvlərinin şəxsi kabinetlərində kampaniyaya qoşulmaları tələb olunub.

Bütün qaliblərin siyahısı ilə Azərbaycan Hava Yollarının rəsmi internet səhifəsində tanış olmaq mümkündür.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: