Magistratura təhsilinin genişlənməsi nə üçün vacibdir? – ekspert şərhi

Təhsil eksperti Etibar Əliyev deyir ki, magistr təhsili alanlar bakalavr mərhələsini bitirənlərin kiçik bir hissəsini təşkil edir
“Magistratura pilləsini bitirmiş şəxslərə əmək bazarında tələbat daha böyükdür”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında təhsil eksperti Etibar Əliyev deyib.
Ekspert bildirib ki, dünyada əmək bazarının tələbatı daha çox magistrlara olur: “Çünki onlar təkcə hər hansı sahə üzrə formalaşmırlar, həmçinin elmi tədqiqatlarla məşğul olurlar. Bu da insan kapitalının inkişafına səbəb olur. Bu gün magistratura təhsilinin genişlənməsi və gənclərin cəlb olunması vacib məsələdir. Düşünürəm ki, indiki şəraitdə əmək bazarında magistratura pilləsini bitirmiş şəxslərə daha çox üstünlük verilməlidir. Təəssüfləndirici haldır ki, magistr təhsili alanlar bakalavr mərhələsini bitirənlərin kiçik bir hissəsini təşkil edir. Artıq bir çox ölkələrdə orta məktəb müəllimlərinin magistr təhsilinə yiyələnməsi gündəmə gətirilir”.
Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi 2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul elan edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Müəllimlərin işə qəbulu: 3 min vakant yer açıqdır
Evində dərs keçmək istəyənlər üçün iş imkanı
Asfalt yeniləndi, təhlükəsizlik xətləri unuduldu!
Laçında uşaqların sağlamlığına xüsusi diqqət!
Tələbə Kənan Zindadil universitetə bərpa olunmaq istəyir
Universitetdə təhsil müddəti qısalır?
Könül Kərimovanın nəvəsi Dəniz məktəb yolunda!