Artıq iki ildir ki, pandemiya şəraitində ənənəvi olaraq yeni tədris ilinə başlayırıq.

Həmişəki kimi yeni tədris ili ilə birlikdə kitab problemi də başladı.
“Minval.info” xəbər verir ki, bu dəfəki problem isə tamam fərqlidir.
Belə ki, valideynlərə 1-ci siniflər üçün qiyməti 10 manat ,içində isə 4 ədəd kitab olan dərs vəsaiti alınması tapşırılıb.

Lakin bu dərs vəsaiti yalnız poçtlarda satılır və məhdud saydadır.
Valideynlər hansı poçta üz tutsa da “artıq bitib cavabı alırlar” və 1-ci sinif üçün olan kitabın niyə görə poçtda satıldığını anlaya bilmirlər. Bu isə valideynlərin etirazına səbəb olur.
Hətta bir faktı da qeyd etmək istəyirik ki, bəzi poçtlar bu vəziyyətdən istifadə edib dərs vəsaitlərinin üstündə əlavə kitab satırlar.

Belə ki, 10 manata olan vəsaitlərin üzərinə bir kitab əlavə edib 13 manata satılır.

Əgər müştəri əlavə olan kitabı almasa 10 manatlıq vəsaiti müştəriyə vermirlər.

Kitabların yalnız poçtda satılması və məhdud sayda olması azmış kimi bundan istifadə etməkləri valideynləri lap da xoşagəlməz vəziyyətə salır.

Suallarımıza cavab olaraq Təhsil İnstitutundan bildirildi ki, “Ötən illərdə olduğu kimi, iş dəftərlərininin əldə olunması “Azərpoçt MMC” vasitəsilə həyata keçirilir. Qeyd edək ki, iş dəftərləri ərazi üzrə təlabata uyğun olaraq poçt şöbələrinə paylanılmışdır. Valideynlərin ərazi üzrə poçt şöbələrinə yaxınlaşmaları tövsiyə edilir”.
Lakin əlavə kitab satılmasına cavab ala bilmədik.

Bu barədə təhsil eksperti Kamran Əsədov isə məsələyə aydınlıq gətirərək deyir ki, “hazırda Azərbaycanın 3300 orta məktəbinin 1-ci sinifinə 160 000 şagird gedəcək və təkcə Bakı şəhərində 1-ci sinifə gedənlərin sayı 48 000-dir.

Məhz ona görə də poçt vasitəsi ilə iş dəftərlərinin satılmasının əsas səbəbi əlçatan olması ilə bağlıdır. Çünki ölkənin bütün kəndlərində dərs vəsaitlərinin satışını həyata keçirən müəssəsə və ya mağaza yoxdur.

Biz manitorinq apardıq və gördük ki, Quba , Qusar, Salyan hətta dağlıq və dağ ətəyi ərazilərdə məktəb ləvazimantının satışı olan müəssəsə yoxdur və həmin ərazilərdə az yaşlı uşaqlar var.
Və rayonlarda hər iki kəndlərin birində poçtun fəaliyyət göstərdiyini nəzərə alsaq  şagirlərin dərs vəsaiti ilə təmin olunması üçün iş dəftərlərinin poçtlarda satışı daha məqsədəuyğundur.

Şagirdlərə yalnız orijinal materialların satışını həyata keçirmək üçün bu resuslar bir başa poçtlar vasitəsi ilə həyata keçirilir.

Doğrudur Bakıda bu biraz gülünc görünə bilər lakin ölkə tək Bakıdan ibarət deyil.

İkinci məqama gəldikdə isə, çox təəssüflər olsun ki, bu cür sui-istifadə halları var bizə də bununla bağlı müraciətlər daxil olur.

Qeyd edim ki, valideynlər yalnız poçt ünvanlarında satılan iş dəftərini almalıdılar əlavə olaraq hər hansısa daşınma xərci və ya əlavə vəsaitin satışına icazə verilmir. Bəzi poçtlarda yerli müəlliflərlə razılaşdırılmış şəkildə həmin əlavə kitablar satılır və həmin kitablar tədris vəsaiti deyil 1-ci siniflər ondan istifadə etməyəcək”.

 

Ləman Rüfətqızı

Minval.info