27.01.2022 - 12:05
Təhsil
19 baxış
Məktəbdə daha bir rəzalət: Direktor rüşvət verməyən müəllimi otaqdan qovdu
Minval.info Lent.az-a istinadən xəbər verir ki, söhbət Ağstafa rayonu Aşağı Kəsəmən tam orta məktəbinin direktoru Mətanət Məmmədovadan gedir. Səs yazısına əsasən, direktor məktəbin müəllimi Vüsalə Məmmədovadan əlavə dərs saatları müqabilində hər ay ona pul verməsini tələb edir. V. Məmmədova isə imkanı olmadığını deyərək, pulu verə bilməyəcəyini bildirir.
Bundan sonra, direktor həmin müəllimi otaqdan qovur və bu barədə hardasa danışacağı təqdirdə onu cəzalandıracağı ilə hədələyir.
Şikayətçi müəllim Vüsalə Məmmədova Lent.az-a açıqlamasında yayılan səs yazısının ona məxsus olduğunu təsdiqləyib. O, bidlirib ki, direktor Mətanət Məmmədova özü də daxil olmaqla əksər müəllimlərdən əlavə dərs saatlarına görə 100 manat pul tələb edir.
Şikayətçi məsələ ilə bağlı rayon Təhsil Şöbəsinə və Təhsil Nazirliyinə şikayət etdiklərini bildirib.
İddiaya münasibət bildirmək üçün məktəb direktoru Mətanət Məmmədova ilə əlaqə saxlamaq mümkün olmadı.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Müəllimlərin iş yükü azalmayıb, əksinə artıb
05.10.2026 - 11:45
Müəllimlərin işə qəbulu: 3 min vakant yer açıqdır
19.09.2026 - 09:07
Evində dərs keçmək istəyənlər üçün iş imkanı
18.09.2026 - 22:16
Asfalt yeniləndi, təhlükəsizlik xətləri unuduldu!
18.09.2026 - 20:31
Laçında uşaqların sağlamlığına xüsusi diqqət!
18.09.2026 - 17:08
Tələbə Kənan Zindadil universitetə bərpa olunmaq istəyir
18.09.2026 - 10:08
Universitetdə təhsil müddəti qısalır?
18.09.2026 - 09:19
Könül Kərimovanın nəvəsi Dəniz məktəb yolunda!
16.09.2026 - 19:16